BAKI, 25 mart. TELEQRAF

Azərbaycanda bu ilin yanvar-fevral aylarında 2 min 528,7 ton makaron məmulatları istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən ilin yanvar-fevral aylarında 1222,5 ton makaron məmulatları istehsal edilmişdi.

Bu il martın 1-nə hazır makaron ehtiyatı isə 12,2 tondur.