
BAKI, 12 fevral. TELEQRAF
Bu ilin fevralında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 476 min barel səviyyəsində olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə hasilatda 9 min barel artım olub.
2025-ci ilin fevralında neft hasilatı orta hesabla 467 min barel səviyyəsində olub.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin fevral ayında OPEC+ çərçivəsində kvotadan 75 min barel geridə qalıb.