BAKI, 12 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) Çin istehsalı olan elektrikli avtomobillərə əlavə gömrük rüsumları tətbiqinə baxmayaraq bu ölkənin dünya üzrə satışları artıb. Belə ki, fevralda Çinin elektrikli avtomobil satışlarında illik 49% artım baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Rho Motion" araşdırma şirkətinin hesabatında qeyd olunub.

Məlumata əsasən, akkumulyatorlu elektrikli və plug-in hibrid avtomobillərin ümumi satışları fevral ayında 1,2 milyonadək yüksəlib.