BAKI, 12 mart. TELEQRAF
Dövlət Pedaqoji Universitetin Sahil korpusunun əsaslı təmir edilməsi ilə bağlı tenderin qalibi açıqlanıb.
Teleqraf xəbər verir ki, qalib “Mirinşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 1 milyon 279 min 524 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, müvafiq işlərin başlanmasına ötən il dekabrın 26-da başlanılıb, bu ilin dekabrına qədər bitməsi planlaşdırılır.