BAKI, 6 mart. TELEQRAF

"Kapital bazarlarında çalışanların 44 faizi qadınlardır".

Teleqraf xəbər verir ki, bu açıqlamanı Azərbaycan Fond Bazarları İştirakçıları Assosiasiyanın İcraçı Direktoru Murad Yahyayev Bakıda keçirilən "Ring the Bell for gender equality" ("Gender bərabərliyi üçün zəngi çalın") adlı tədbirdə bildirib.

Yahyayev əlavə edib ki, qadınların 20 faizi rəhbər vəzifələrdə çalışır.

AFBİA rəhbərinin sözlərinə görə, qadınların kapital bazarlarına cəlb edilməsi üçün Ağcabədi, Tərtər və digər rayonlarda seminarlar təşkil edib.

"Bundan sonra da qadınlarla bağlı layihələrimiz davam edəcək", - deyə o, vurğulayıb.