BAKI, 6 mart. TELEQRAF

Milli Məclisin deputatı Nizami Səfərov martın 6-da “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış Ekspertlər Şurasının iclasında onlayn formatda iştirak edib.

Teleqraf xəbər verir ki, iclasda neokolonializm təzahürlərinin əsarətdən azad olmuş dövlətlərin sosial-iqtisadi inkişafına neqativ təsirləri və onlarla mübarizə mövzusunda müzakirələr aparılıb.

Onlayn iclasda çıxış edən Nizami Səfərov bildirib ki, müasir şəraitdə kolonializm sisteminin süqutundan yarım əsrdən çox vaxt keçsə də, qlobal beynəlxalq gündəmdə iqtisadi bərabərsizlik və postmüstəmləkə dövlətlərinin azad sosial-iqtisadi inkişaf hüquqlarının məhdudlaşdırılması ilə mübarizə problemləri mühüm yeri tutur.

Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə dövlətlər yeni çağırışlarla və təhdidlərlə mübarizədə səylərini birləşdirməlidirlər.