
BAKI, 6 mart. TELEQRAF
Böyük Britaniya hökuməti Suriyanın bir sıra banklarına və neft şirkətlərinə qarşı sanksiyaları ləğv edib.
Teleqraf xəbər verir ki, müvafiq sənəd Böyük Britaniya Xəzinədarlığının saytında yerləşdirilib.
Qara siyahıdan çıxarılan neft şirkətləri "Al Furat", "Deir Ez-Zur", "Dula", "Ebla", "General Petroleum Corporation", "Mahrukat, Overseas Petroleum Trading", "Syria Trading Oil Company" (Sytrol), Suriya Neft Nəqliyyatı Şirkəti, Suriya Neft Şirkəti, həmçinin "The Homs" Emal Şirkəti və "The Baniyas" Emal Şirkətidir.
Suriya Ərəb Hava Yollarına və Sənaye Bankı və Suriya Kommersiya Bankı da daxil olmaqla 8 banka qarşı sanksiyalar ləğv edilib.
Ümumilikdə 2011-2014-cü illər arasında sanksiya siyahısına əlavə edilən 24 maddə çıxarılıb. Keçən ay krallığın Xarici İşlər Nazirliyi respublikada hakimiyyət dəyişikliyindən sonra Suriyaya qarşı bəzi sanksiyaları ləğv edəcəyini bildirmişdi.