BAKI, 6 mart. TELEQRAF

"Ötən il bəzi regionlarda, Yaxın Şərqdə investisiyalar həyata keçirilib. İnvestisiya portfelimizdə diversifikasiya prosesini genişləndirməyə çalışırıq, çünki dünyada baş verən proseslər qeyri-müəyyənliklər yaradır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunları və 2025-ci il perspektivlərinə həsr olunmuş media-brifinqdə bildirib.

“Bu qeyri- müəyyənliklər sayəsində çalışırıq ki, portfelin regionlar üzrə müəyyən valyutalar üzrə diversifikasiya ​prosesi edilsin. Bu müddətdə müəyyən dərəcədə investisiyalar həyata keçirmişik. Bu il yenə də yeni investisiya imkanları axtarışındayıq", - deyə o qeyd edib.