
BAKI, 6 mart. TELEQRAF
“Bakı Metropoliteni” QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi vəzifələrinə yeni təyinatlar olub.
Teleqraf xəbər verir ki, qurumun Hüquq Şöbəsinin rəisi Babək İsmayılov departament rəisinin müavini vəzifəsinə gətirilib.
"Bakı Metropoliteni"dəki hüquq şöbəsinin funksional strukturu dəyişdirilərək, yeni departament təsis edilib. Bundan sonra Babək İsmayılov departamentin rəisi vəzifəsinə yüksəldilib.
B.İsmayılovun əvvəllər rəhbəri olduğu şöbənin əsasında yaradılan Hüquq Departamentinə rəhbərlik Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, fevralın əvvəlində isə "Bakı Metropoliteni"nində yeni yaradılan Kommersiya Departamentinə isə Ruslan Ağayev rəhbər gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.