
BAKI, 6 mart. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 8 və 9-da əlavə qatar reysləri təyin edir.
ADY-dən Teleqraf-a bildirilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.