
BAKI, 6 mart. TELEQRAF
Ağdam Sənaye Parkının rezidenti olan "Mister Decor" MMC, ilk dəfə olaraq beynəlxalq səviyyədə keçirilən sərgidə iştirak edir.
Teleqraf xəbər verir ki, şirkət, Çinin Pekin şəhərində keçirilən Beynəlxalq Bina Dekorasiyaları və Materialları Sərgisində öz stendi ilə təmsil olunur.
Müəssisə tərəfindən istehsal edilən məhsullara dair nümunələr "Made in Azerbaijan" brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir. Ziyarətçilər tərəfindən maraqla qarşılanan stenddə, "Mister Decor" MMC tərəfindən hazırlanan müxtəlif divar kağızı nümunələri təqdim edilir.
Qeyd edək ki, sərgi 6-9 mart tarixlərini əhatə edəcək.