
BAKI, 6 mart. TELEQRAF
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) tərəfindən dövriyyəyə buraxılan "ASCO istiqrazları" üzrə növbəti kupon ödənişləri baş tutub.
Teleqraf xəbər verir ki, istiqraz sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları həcmində faiz ödənişi həyata keçirilib. Bu vəsaitin 3 milyon dolları 03 mart 2023-cü ildə buraxılmış 100 milyon ABŞ dolları məbləğindəki istiqrazlara, 1,5 milyon dolları isə 23 fevral 2024-cü ildə buraxılmış 50 milyon ABŞ dolları məbləğindəki istiqrazlara aid olub. Ödənişlər artıq investorların bank hesablarına köçürülüb.
Qeyd edək ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan "ASCO istiqrazları" 5 illik müddətə tədavülə buraxılıb. İllik 6% gəlirlilik təklif edən istiqrazlar üzrə faiz ödənişləri hər 6 aydan bir həyata keçirilir.