.jpg)
BAKI, 6 mart. TELEQRAF
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 13:30 radələrində həkimlər tərəfindən ölü döl aşkar edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən və Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.