
BAKI, 6 mart. TELEQRAF
Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıb.
Teleqraf xəbər verir ki, bu əməkdaşlığın nəticəsi olaraq bu gün - martın 6-da Bakı Fond Birjasının təşkilatçılığı ilə "Gender Bərabərliyi üçün Açılış Zəngi" tədbiri keçirildi.
Qlobal keçirilən "Açılış Zəngi" mərasimlərinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender bərabərliyinin inkişafında özəl sektorun oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri haqqında məlumatlılığı artırmaqdır.
Hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə "Gender Bərabərliyi üçün Açılış Zəngi" tədbiri həyata keçirirlər. Bu il dünyada 118 fond birjası tərəfindən "Gender Bərabərliyi üçün Açılış Zəngi" tədbiri həyata keçiriləcək.
Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlayıb.