TBİLİSİ, 26 fevral. TELEQRAF

Gürcü rəssam Nona Giunaşvili qum üzərində Xocalı faciəsinə həsr olunan rəsm çəkib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, o, əsəri Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində 20 dəqiqə ərzində ərsəyə gətirib.

Əsərdə faciəni əks etdirən ağrılı-acılı səhnələrlə yanaşı, azad Xocalı təsvirləri və “Justice for Khojaly” (“Xocalıya ədalət”) şüarı da yer alıb.

Xocalı mövzusunda əsər Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə yaradılıb.