
BAKI, 25 fevral. TELEQRAF
"Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, satışda olan istehsalçı Səbuhi Xanhüseynova rektifikasiya olunmuş 1-ci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumat qeyd edilib".
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, fevralın 22-23-də Sabunçu rayonunda ümumilikdə 15 nəfər etil (texniki) spirtdən zəhərlənərək ölüb.
Yayılan məlumatlarda spirtin marketlərin birindən alındığına dair fikirlər də yer alırdı.