BAKI, 25 fevral. TELEQRAF

Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb. Rayon üzrə abonentlərin su təchizatı bərpa edilib.

Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilbi ki, Mütəxəssislərin Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı tez və dəqiq müəyyənləşdirməsi və rayon sukanal idarəsinin qəza briqadasının operativ fəaliyyəti nəticəsində təmir və bərpa işlərinə dünəndən başlanılıb və əməkdaşların yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olunub.