
BAKI, 25 fevral. TELEQRAF
Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına 18 milyon manat ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 25-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması barədə imzaladığı sərəncamda deyilir.
Sərəncamda bildirilib ki, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon (on səkkiz milyon üç yüz min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.