Braziliya-Meksika görüşünün qəhrəmanı Qilermo Oçoa artıq aparıcı klubların maraq dairəsinə düşüb.

Teleqraf.com xəbər verir ki, “sambaçılar”la qarşılaşmada möcüzə yaradan Meksikanın qapıçısı ilə London “Arsenal”ı maraqlanır. Dünya çempionatına qədər Fransanın “Ayaçço” komandasında oynayan qapıçının müqaviləsi başa çatıb.

O, hazırda azad agentdi. London klubu Oçoanı heç cür əsas heyətə düşə bilməyən, bu üzdən “Suonsi”yə keçən Fabyanskinin əvəzinə almaq istəyir.