BAKI, 26 iyul. TELEQRAF
Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində şəhərin üç rayonunda yanğınlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Desnyanski rayonunda anbar, parklanma yerində olan 10 minik avtomobili və bir yük maşını yanıb. Şevçenko rayonunda dördmərtəbəli binada yanğın baş verib, Solomenski rayonunda isə qeyri-yaşayış obyektində yanğın və dağıntılar qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevdə müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının və onların komponentlərinin istehsalı, yığılması və saxlanılmasında istifadə olunan müəssisələrin vurulduğunu iddia edib.
Ukrayna tərəfi isə bu iddianı təsdiqləməyib.