BAKI, 22 iyul. TELEQRAF

“Yaxşı oynadıq, çoxlu şanslar yaratdıq və qalib gəldik. İndi Finlandiyadakı cavab oyununu səbirsizliklə gözləyirik".

Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın polşalı futbolçusu Timoteuş Puxaç deyib.

27 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Bank Respublika Arena”da Finlandiyanın “Kups” klubunu 1:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı danışıb:

“Bu gün yaxşı çıxış etdik. Artıq növbəti oyunu düşünməliyik. Biz hər zaman üstünlük təşkil etmək istəyirik. İnanırıq ki, bunu bacaracaq və mərhələ adlayan tərəf biz olacağıq.

Mən heç vaxt rahat şəkildə oyuna çıxmıram. Həmişə qalib gəlmək istəyirəm. Belə bir turnirdə çıxış edirsənsə, rahatlaşmaq mümkün deyil. Bu, boks kimidir — boksçular rinqə çıxanda hər an zərbə ala bilərlər. Heç vaxt rahatlaşa bilməzsən".

Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlyandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.