BAKI, 26 iyul. TELEQRAF
Böyük Britaniya NATO üzvü ölkələrin hərbiləşdirilməsi layihələrinin maliyyələşdirilməsi üçün yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "The Sun on Sunday" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kanadanın rəhbərliyi ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankı (Defence, Security and Resilience Bank – DSRB) NATO üzvü ölkələrin müdafiə layihələrinin maliyyələşdirilməsi məqsədi daşıyır.
Nəşr bildirir ki, Böyük Britaniyanın yeni maliyyə naziri Con Hili sələfi Reyçel Rivsdən fərqli olaraq DSRB-yə qoşulmanı dəstəkləyir. Reyçel Rivs layihədə iştirak üçün tələb olunan 1 milyard avroluq üzvlük töhfəsinə qarşı çıxırdı.
Məlumata görə, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq də bu təşəbbüsə müsbət yanaşır.