BAKI, 20 iyul. TELEQRAF
ABŞ-ın Nyu-Cersi ştatında keçirilən 2026-cı il dünya çempionatının təntənəli bağlanış mərasimi baş tutub.
Teleqraf xəbər verir ki, FIFA-nın təşkil etdiyi mərasim turnirin tarixində ən möhtəşəm şoulardan biri kimi yadda qalıb.
Proqram musiqi, işıq və vizual effektlərlə zəngin olub. ABŞ himnini Cennifer Hadson səsləndirib, əsas səhnədə isə Post Malone çıxış edib. Mərasimdə həmçinin Tom Kruz, Robbi Uilyams, Nikol Şerzinger, Laura Pausini də iştirak ediblər.
Bununla yanaşı, dünya çempionatları tarixində ilk dəfə final qarşılaşmasının fasiləsində Super Bowl üslubunda xüsusi "halftaym şov" təşkil olunub. Kris Martinin kuratorluğu ilə hazırlanan şouda Madonna, Şakira, Castin Biber, BTS və Burna Boy kimi dünya ulduzları səhnəyə çıxıblar.
Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina və İspaniya yığmaları üz-üzə gəlib.