BAKI, 26 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinə mesajında onların özünü dost kimi görməsinin şanslı vəziyyət olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp Fransanın LCI telekanalının jurnalisti Sonya Dridi ilə telefon danışığı zamanı bildirib.
ABŞ lideri avropalı müttəfiqlərinə hansısa mesajının olub-olmaması ilə bağlı suala cavab verərkən, "Onların bəxti gətirib ki, mən onların dostuyam", - deyə qeyd edib.
Söhbətin həmin hissəsi jurnalist Sonya Dridi tərəfindən X sosial şəbəkəsində paylaşılıb.