BAKI, 26 iyul. TELEQRAF
İraqın Cəmbur neft yatağında baş verən partlayışlardan sonra genişmiqyaslı yanğın başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Press TV" X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, partlayışlardan sonra Cəmbur neft yatağında güclü yanğın başlayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürən texnika cəlb olunub. Yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışsalar da, yanğın hələ də davam edir.
Bildirilir ki, alov yanacaq anbarlarını və rezervuarları əhatə edib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.