BAKI, 26 iyul. TELEQRAF
"New York Post" qəzeti mənbələrə istinadən xəbər verir ki , ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirmək üçün bir neçə min əsgər göndərməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, mənbənin məlumatına görə, əgər əmr verilərsə, Amerika xüsusi təyinatlı qüvvələri İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün "hərbi tarixin ən mürəkkəb əməliyyatına" başlamağa hazırdırlar. Yerüstü əməliyyata minlərlə əsgər cəlb edilə bilər. Onlar nüvə obyektlərinə basqın edəcək və uranı zərərsizləşdirəcəklər.
İyulun ortalarında "The Wall Street Journal" qəzeti ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların gücləndirilməsinə can atdığını bildirmişdi. Nəşrin mənbələrinə görə, ABŞ administrasiyası tərəfindən nəzərdən keçirilən variantlar arasında İranın bombalanması, Hörmüz boğazındakı adaların ələ keçirilməsi, İranın enerji obyektlərinə zərbələr endirilməsi var.