BAKI, 26 iyul. TELEQRAF
İran qonşu Yaxın Şərq ölkələrini düşmən hesab etmir və həyata keçirdiyi tədbirlərin yalnız ABŞ-a qarşı yönəldiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "İran" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, region ölkələri İranın addımlarının qonşu dövlətlərə qarşı düşmənçilikdən irəli gəlmədiyini anlayır və bunun səbəbləri bütün tərəflərə məlumdur.
Abbas Əraqçi, həmçinin vurğulayıb ki, münaqişə başa çatdıqdan sonra Tehran qonşu ölkələrlə dialoqu davam etdirmək və qarşılıqlı etimadı bərpa etmək niyyətindədir.