BAKI, 23 iyul. TELEQRAF
Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyanın "Milan" futbol klubu ilə müqaviləsini uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə yeni müqavilə 2027-ci il iyunun 30-dək qüvvədədir.
Qeyd edək ki, Modriç 40 yaşındadır və o, "Milan"a 2025-ci ilin yayında qoşulub. Bundan əvvəl o, İspaniyanın "Real Madrid" klubunda 13 mövsüm keçirib və klub tarixinin ən çox titul qazanan oyunçusuna çevrilib. Xorvatiyalı futbolçu bu komanda ilə Çempionlar Liqasını altı dəfə, Klublararası Dünya Çempionatını və UEFA Superkubokunu hər birini beş dəfə, İspaniya çempionatını dörd dəfə, ölkə kubokunu iki dəfə və Superkuboku beş dəfə qazanıb. 2018-ci ildə yarımmüdafiəçi "France Football" jurnalı tərəfindən ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" (Ballon d'Or) mükafatına layiq görülüb.