BAKI, 26 iyul. TELEQRAF
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin İordan çayının qərb sahilində yerləşən Kiryat-Arba yaşayış məntəqəsindəki evinin yaxınlığına kiçik pilotsuz uçuş aparatı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Portal Ben-Qvirin və ailəsinin təhlükəsiz olduğunu bildirib.
Bildirilir ki, pilotsuz uçuş aparatı İsrail Müdafiə Qüvvələrinin nümayəndələri tərəfindən götürülüb.
İsrailin dövlət teleradio şirkəti Kan isə qeyd edir ki, söhbət fotoçəkiliş üçün istifadə olunan kiçik ölçülü pilotsuz uçuş aparatından gedir.