BAKI, 26 iyul. TELEQRAF

İtaliyanın şimalında Turin-Lion yüksəksürətli dəmir yolu layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı nümayişçilərlə polis arasında baş verən toqquşmalarda 60-dan çox polis əməkdaşı xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Məlumata görə, aksiyada təxminən 20 min nəfər iştirak edib.

Etirazçılar polisə daş, fişəng və "Molotov kokteyli" atıblar, həmçinin dörd polis avtomobilini yandırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Baş verən iğtişaşlar səbəbindən Bussoleno və Borqone şəhərləri arasında dəmir yolu hərəkəti müvəqqəti dayandırılıb. Bundan başqa, avtomagistralın bir hissəsi də bağlanıb.