BAKI, 26 iyul. TELEQRAF
Cənubi Çin dənizində Vyetnama məxsus yük gəmisinin batması nəticəsində 39 dənizçi xilas edilib, daha 23 nəfərin taleyi isə naməlum olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, iyulun 24-nə keçən gecə Cənubi Çin dənizində "KHOI NGUYEN18" adlı Vyetnam gəmisinin batması nəticəsində göyərtədə olan 62 ekipaj üzvündən 39-u Çin xilasediciləri tərəfindən sudan çıxarılıb.
Bildirilir ki, ekipaj üzvlərinin bir hissəsi xilasetmə salları ilə Nanşa (Spratli) adaları yaxınlığındakı akvatoriyaya çata bilib.
Hazırda itkin düşən 23 dənizçinin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.