BAKI, 23 iyul. TELEQRAF
15-25 iyulda İtaliyanın Salerno şəhərində keçirilən və Avropa Universitet İdmanı Assosiasiyası (EUSA) tərəfindən təşkil olunan universiadada ölkəmiz stolüstü tennis və futzal üzrə təmsil olunub.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan İdman Akademiyasının komandası turnirin dörddəbir final mərhələsində güclü Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlub edərək yarışın yarımfinalına vəsiqə qazanıb.
Qeyd edək ki, turnirdə təmsilçilərimizin iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və İdman Akademiyasının dəstəyi ilə təmin olunub.