BAKI, 26 iyul. TELEQRAF
“Napoli”nin yeni mövsüm üçün planlarına daxil etmədiyi Romelu Lukakunun agenti Federiko Pastorello belçikalı hücumçunun gələcəyi barədə danışıb.
Teleqraf xəbər verir ki, son vaxtlar adı “Fənərbağça” və “Beşiktaş”la hallanan futbolçunun İtaliya klubundan ayrılacağı gözlənilir.
"Sky Sports"a açıqlama verən Pastorello Lukakunun ehtiyat oyunçular skamyasında qalmaq niyyətində olmadığını bildirib:
“Lukaku "Napoli"də ehtiyatda qala bilərmi? Əlbəttə, yox. O, özünü sübut etmiş möhtəşəm futbolçudur və dünyanın ən məhsuldar hücumçularından biridir. Belə vəziyyəti qəbul etməyimiz çətin olar. Başlanğıcda müəyyən iyerarxiya ola bilər, amma son qərarı meydandakı çıxış müəyyənləşdirir. Romelu istənmədiyi yerdə qalacaq futbolçu deyil. Bir həll yolu tapmağa çalışacağıq. Açığı, onu ikinci seçim kimi təsəvvür etməkdə çətinlik çəkirəm”.