BAKI, 26 iyul. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ evdə keçirilən müşavirədə İranla hərbi qarşıdurmanın daha da genişlənə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 24-də Prezident Donald Trampın iştirakı ilə keçirilən müşavirədə Cey Di Vens və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mümkün eskalasiya ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
CNN-in məlumatına görə, Den Keyn əməliyyatların genişləndirilməsinin ABŞ-nin sursat ehtiyatlarını daha da azaldacağını bildirib.
Telekanalın Pentaqondakı mənbəsi hazırda hərbi əməliyyatların dayandırıldığını təsdiqləyib. Bununla belə, zərbələrə fasilə verilməsinin səbəbi açıqlanmayıb.
Mənbələrin sözlərinə görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasına İranla qarşıdurmada təmkinli davranmağa çağırış ediblər.