BAKI, 22 iyul. TELEQRAF
“Qalib gəlmək üçün gəlmişdik. Qarşıdakı rəqibi tanıyırdıq və buna uyğun oyun qurduq”.
Teleqraf xəbər verir ki, bu sözləri Belarus təmsilçisi “Dinamo”nun baş məşqçisi Aleksandr Şaqoyka UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Bakıda baş tutan oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis 4:2 hesablı qələbəni belə şərh edib:
“Mənim hədəfim o idi ki, öndə olaq və mərhələni keçək. İlk dəqiqələrdən qol vurmaq və ya qol buraxmaq kimi planımız da yox idi. Mən xoşbəxtəm ki, 4 qol vurduq və qalib gəldik”