BAKI, 21 iyul. TELEQRAF

Ermənistan güləşçiləri 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında iştirak edəcəklər.

Teleqraf erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan tərəfi son anda iştiraklarını təsdiqləyib.

Ermənistan yığması sərbəst güləş üzrə 6, yunan-Roma güləşi üzrə isə 10 idmançı ilə təmsil olunacaq.