BAKI, 25 iyul. TELEQRAF

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatında ölkəmizi təmsil edəcək hakimlər müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat paylaşıb.

Bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.

Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.