Türkiyə PTT 1-ci liqasında ilk turun oyunları keçirilib.

Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.

Ağayevin komandası səfərdə "Adana Dəmirspor"la qarşılaşıb və rəqibinə 0:2 hesabı ilə uduzub.

Start heyətdə meydana çıxan futbolçumuz ikinci qol zamanı kobud səhvi ilə yadda qalıb./Qol.az