BAKI, 26 iyul. TELEQRAF
Cənubi Çin dənizində 62 nəfərin olduğu Vyetnam gəmisi batıb, indiyədək 45 nəfər xilas edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Global Times" məlumat yayıb.
Məlumata görə, "KHOI NGUYEN 18" adlı Vyetnam gəmisi Nanşa adaları yaxınlığındakı Yonqşu (Yongshu) rifinin ətrafında nasazlıq yarandıqdan sonra batıb.
Hazırda qəza nəticəsində zərərçəkənlərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.