BAKI, 26 iyul. TELEQRAF

"Son 15 gün ərzində İranın hava hücumundan müdafiə sistemləri ABŞ-yə məxsus 11 hava hədəfini vurub".

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbbi bildirib.

Onun sözlərinə görə, İranın yerli istehsal olan hava hücumundan müdafiə sistemləri bu müddətdə ABŞ-yə məxsus 7 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatını, 2 qanadlı raketi, 1 Lucas pilotsuz uçuş aparatını və 1 kəşfiyyat dronunu məhv edib.