BAKI, 26 iyul. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Endi Bernem ölkəsinin maraqları tələb edəcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampla fikir ayrılığına getməkdən çəkinməyəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində deyib.
Baş nazir bildirib ki, Böyük Britaniya üçün doğru hesab etdiyi mövqe Trampın fikrindən fərqlənərsə, bunu açıq şəkildə ifadə edəcək. Onun sözlərinə görə, hökumət başçısının əsas vəzifəsi ölkəsinin milli maraqlarını qorumaqdır.
Endi Bernem, həmçinin iyulun 20-də vəzifəyə başladığı ilk gün Donald Trampla telefon danışığı apardığını və söhbətin "çox səmimi" keçdiyini deyib. Bununla belə, o, ABŞ Prezidentinə etibar edib-etmədiyi barədə suala konkret cavab verməyib. Baş nazir bunu dünyada baş verən sürətli dəyişikliklərlə izah edib.