BAKI, 26 iyul. TELEQRAF

Rusiyanın Rostov-na-Donu şəhərində əlverişsiz hava şəraiti nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb, 7 nəfər isə xəstəxanaya yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Aleksandr Skryabin məlumat verib.

O bildirib ki, güclü leysan və fırtınalı külək nəticəsində 100-dən çox insident qeydə alınıb. Aşmış ağaclar yollardan təmizlənir, su təchizatı tam bərpa olunub, elektrik enerjisinin verilişi istiqamətində işlər aparılır.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar da fırtınanın regionun həyat təminatı sistemlərində ciddi fasilələrə yol açdığını bildirib.