BAKI, 26 iyul. TELEQRAF

Fransa və İspaniyada tüğyan edən meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Bildirilib ki, Fransada 197 min, İspaniyada isə 70 minə yaxın sakin evlərini tərk etmək məcburiyyətində qalıb. İspaniyada təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib. Fransanın daxili işlər naziri Loran Nunes bunun ölkə tarixində sülh dövrünün ən böyük təxliyə əməliyyatı olduğunu bildirib.

Qeyd edək ki, ilin əvvəlindən bəri Fransada 98 min, İspaniyada isə 130 min hektar meşə sahəsi məhv olub. Yanğınların söndürülməsinə hərbçilər və xüsusi aviasiya cəlb edilib. Yaranmış böhranla bağlı hər iki ölkə Avropa İttifaqından kömək istəyib, İtaliya, Yunanıstan və digər dövlətlər bölgəyə yanğınsöndürmə təyyarələri göndərib.

Avropa Meşə Yanğınları Məlumat Sisteminin göstəricilərinə görə, Aİ ölkələrində yanan ərazilərin sahəsi rekord həddə çatıb. Təbii fəlakətə regionda müşahidə olunan anomal istilər səbəb olub.