BAKI, 26 iyul. TELEQRAF
Voleybol üzrə Türkiyənin qadınlardan ibarət milli komandası Millətlər Liqasının qalibi olub.
Teleqraf xəbər verir ki, Türkiyə yığması Çinin Makao şəhərində keçirilən finalda Braziliyanı 3:1 hesabı ilə məğlub edib.
Türkiyə ilk setdə 23:25 hesabı ilə uduzsa da, sonrakı setlərdə üstünlüyü ələ alaraq qarşılaşmanın taleyini öz xeyrinə həll edib.
“Filenin sultanları” bununla Millətlər Liqasında ikinci dəfə çempionluq sevinci yaşayıb. Türkiyə millisi ilk titulunu 2023-cü ildə qazanmışdı.