BAKI, 26 iyul. TELEQRAF

Qəzza zolağında son 24 saat ərzində İsrailin hücumları nəticəsində 9 fələstinli həlak olub, 36 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 7-si son hücumlar zamanı həyatını itirib, 2 nəfər isə aldığı ağır yaralardan sonradan ölüb. Nazirlik dağıntılar altında və küçələrdə qalan çoxsaylı zərərçəkənə təcili yardım və mülki müdafiə briqadalarının çata bilmədiyini qeyd edib.

Məlumata görə, 2025-ci il oktyabrın 11-də qüvvəyə minmiş atəşkəsdən bəri Qəzza zolağında 1 200 fələstinli həlak olub, 3 888 nəfər yaralanıb. Dağıntılar altından isə 803 nəfərin meyiti çıxarılıb.