BAKI, 26 iyul. TELEQRAF

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində baş verən qəfil sel nəticəsində azı 10 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Xinhua agentliyi məlumat yayıb.

Bildirilib ki, daşqın iyulun 26-da Dinsi şəhərinin Veyyuan rayonundakı turizm zonalarından birində qısamüddətli güclü yağışlar nəticəsində baş verib. Hadisə zamanı düşərgə salan bir qrup turist ərazidə köməksiz vəziyyətdə qalıb.

Hazırda hadisə yerində polis, yanğınsöndürənlər və digər fövqəladə xidmət əməkdaşları çalışır. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.