FÜZULİ, 26 iyul. TELEQRAF
"Füzuli Beynəlxalq Hava Limanında keçirilən “Aerokosmik Modelçilik Festivalı 2026” münasibətilə bütün iştirakçıları təbrik edirəm. Festivala qatılanlar həyatını texnologiyaya və elmə həsr edən, xəyallarını gerçəkləşdirməyə çalışan gənclərdir. Havaya qaldırılan hər bir təyyarə ölkənin texnoloji gələcəyində imza sahibi olacaq qardaşlarımızındır. Bu fəaliyyət yarışma və əyləncə ab-havasında keçirilsə də, böyük və müqəddəs bir yolun ilk addımıdır".
Bu sözləri Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Türkiyənin ilk astronavtı Alper Gezeravcı deyib.
O, yerli texnologiya hazırlığının əhəmiyyətini xüsusi vurğulayıb:
"Xarici ölkələrdən gətirilən ayrı-ayrı detalların azərbaycanlı qardaşlarımız tərəfindən formalaşdırılmasını böyük məmnunluqla izləyirik. İnanıram ki, onların bu gün əldə etdikləri təcrübə gələcək karyeralarında mühüm rol oynayacaq. Bu yolda azərbaycanlı gənclərimizə böyük uğurlar diləyirəm".