BAKI, 18 mart. TELEQRAF
İngiltərənin “Çelsi” klubunun azarkeşləri komandanın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindən kənarda qalmasından sonra sabiq sahibi Roman Abramoviçin adını səsləndiriblər.
Teleqraf xəbər verir ki, bu Londonda Fransanın PSJ klubuna qarşı keçirilən oyunda yaşanıb.
Artıq “Çelsi”nin növbəti mərhələyə keçməyəcəyi dəqiqləşəndə tribunalar “Roman Abramoviç” şüarları ilə səsləndiriblər.
Qeyd edək ki, cavab oyununda PSJ “Çelsi”ni 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. İlk görüş Parisdə 5:2 hesabı ilə Fransa klubunun xeyrinə başa çatmışdı.
Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi”ni satın almış və klub onun dövründə bir neçə dəfə İngiltərə çempionu, həmçinin UEFA Çempionlar Liqasının qalibi olmuşdu. 2022-ci ildə isə klub amerikalı biznesmen Todd Boulini rəhbərlik etdiyi konsorsiuma satılıb.