BAKI, 14 sentyabr. TELEQRAF

Türk dünyasının minilliklərə söykənən zəngin tarixi, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq sülh içində birgəyaşayış mədəniyyəti bizim sərvətimizdir.

Teleqraf xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Ramin Məmmədov bu gün Bakıda keçirilən Bakuviyə həsr oiunmuş Beynəlxalq Konfransda deyib.

O deyib ki, lakin müasir dövrün mürəkkəb geostrateji reallıqları, artan islamofobiya, ksenofobiya, dini radikalizm halları və TDT coğrafiyasının qarşılaşdığı yad ideoloji müdaxilələr kimi yeni təhdidlər dövlətlərimiz qarşısında vahid mövqedən çıxış etmək tələbini qoyur.

"Bu gün əsas məqsədimiz xüsusilə əhalisinin 40 faizindən çoxunu gənclər təşkil edən Türk dünyasını bu cür təsirlərdən qorumaq, gənclərimizə sağlam elmi biliklərə və ənənəvi mənəvi dəyərlərə söykənən düzgün İslam, birgəyaşayış və harmoniya anlayışlarını aşılamaqdır".