BAKI, 14 sentyabr. TELEQRAF

Moldovanın hava məkanı son 24 saat ərzində dronların müdaxiləsi nəticəsində iki dəfə pozulub.

Teleqraf xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

Moldovanın müdafiə qurumu baş verənlərə görə Rusiyanı ittiham edib.

Açıqlamada bildirilib ki, dronlar Rusiyanın Ukraynaya, xüsusən də Odessa vilayətinə kütləvi hava hücumu zamanı ölkə ərazisinə düşüb.